Vaxt.Az

Rusiya 2050-ci ilə hazırlaşır


 

Putin 79 sualtı qayıq, 222 hərbi gəmi ilə okeanlarda liderlik istəyir

Rusiya 2050-ci ilə hazırlaşır Çin və ABŞ-dan sonra dünyanın üçüncü ən güclü donanmasına sahib olan Rusiya üçün yeni dəniz planı Putin tərəfindən təsdiqlənib. Rusiya dənizlərə rəhbərlik etməyə hazırlaşır.

Kremlin müşaviri Nikolay Patruşev Rusiya prezidentinin təsdiq etdiyi yeni dəniz planını açıqlayıb.

Patruşev bəyan edib ki, Rusiya 2050-ci ilə qədər dünyanın aparıcı dəniz güclərindən biri kimi öz mövqeyini tamamilə bərpa etməyi hədəfləyir.

Ancaq Ukrayna müharibəsində Rusiya donanması ciddi itkilər verdi.

“Arqumenti i faktı” qəzetinə danışan Patruşev, “Ekspertsiz, okean vəziyyətinin inkişafı ssenariləri, çağırış və təhdidlərin təkamülü barədə uzunmüddətli baxış olmadan və təbii ki, Rusiya Hərbi Dəniz Qüvvələrinin qarşısında duran məqsəd və vəzifələri müəyyən etmədən belə bir araşdırma aparmaq mümkün deyil”, – deyib.

“Patruşev strategiya ilə bağlı əlavə təfərrüatlar açıqlamasa da, Rusiya müdafiə və təhlükəsizlik xərclərini ümumi daxili məhsulun faizi kimi Soyuq müharibə səviyyəsinə çatdırıb”, – “Reuters” xəbər verir.

ABŞ Müdafiə Nazirliyinin hesabatında Çinin 2021-ci ildə dünyanın ən böyük dəniz donanmasına sahib olduğu və Pekinin ümumi döyüş gücünün 2030-cu ilə qədər 460 gəmiyə çatacağı gözlənilir.

Açıq mənbə məlumatlarına görə, Rusiyanın 79 sualtı qayığı, o cümlədən 14 nüvə enerjili ballistik raket sualtı qayığı və 222 döyüş gəmisi var. Əsas donanma, qərargahı Barents dənizindəki Severomorskda yerləşən Şimal Donanması kimi tanınır.

 





09.06.2025    çap et  çap et