Vaxt.Az

600 minlik cinayət


 

Baş Prokurorluq dələduzluq cinayətini üzə çıxardı

600 minlik cinayət Külli miqdarda özgə əmlakını ələ keçirmiş vəzifəli şəxsin qanunsuz əməlləri ifşa olunub. Baş Prokurorluğun mətbuat xidmətindən Vaxt.az-a verilən məlumata görə, Latviya Respublikasında qeydiyyatdan keçmiş «Trasta Komercbanka» Səhmdar Cəmiyyətinin Azərbaycan nümayəndəliyinin rəhbərinin qanunsuzluqlara yol verməsi barədə Bakı şəhər sakininin müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Araşdırmalarla nümayəndəliyin rəhbəri Bəyəli Mürsəlovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Bakı şəhər sakininin həmin bankda hesabında olan 600 min avro məbləğində pulunu istixana üçün avadanlıq alınması adı ilə xaricdə fəaliyyət göstərən şirkətlərin bank hesablarına köçürməklə sonradan özgəyə məxsus külli miqdarda əmlakı ələ keçirib dələduzluq etməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

 





16.05.2014    çap et  çap et