Vaxt.Az

Ev heyvanı “Ed”


 

Bir həftə idi qaçaq olan zebra tutulub

Ev heyvanı “Ed” ABŞ-da bir həftədən çoxdur itkin düşən “Ed” adlı zebra tapılıb. ABŞ rəsmiləri Tennessi ştatında axtarışda olan və bu prosesdə sosial mediada sensasiyaya çevrilən qaçan ev heyvanının tutulduğunu açıqlayıb.

Raterford Kaunti şəhərinin Polis idarəsi “Ed” adlı zebranın otlaqda tapıldıqdan sonra təhlükəsiz şəkildə tutulduğunu təsdiqləyib. Polis rəsmisi bildirib ki, aviasiya qrupları zebranı ələ keçirib.

“CNN İnternational”ın məlumatına görə, polis idarəsinin verdiyi açıqlamada, “Ed vertolyotla qaldırıldı və onu gözləyən heyvan qoşqusuna aparılıb”, – dedi.

Polis idarəsi tərəfindən yayımlanan videoda Edin tora bükülmüş vəziyyətdə olduğu və vertolyotla qoşquya aparılarkən başının çıxdığı görünür.

Polis idarəsi Edin mayın 30-da Kristianaya gəldiyini söylədi. Onun sahibi ertəsi gün itkin düşdüyünü bildirib.

Zebranın yol boyu qaçdığı və lentə alındığı görülüb və bu, polisləri magistral yolu bağlamağa məcbur edib. Lakin Ed meşəlik əraziyə qaçıb.

Ed tez bir zamanda internet memlarının mövzusuna çevrilib. Yumoristik yazılardan biri Edin cənub restoranında yemək yediyini, digərləri isə onun Tennessi ştatının digər şəhərlərini ziyarət etdiyini və ya yolun kənarında diləndiyini yazmışdı.

 





09.06.2025    çap et  çap et