Dünən axşam Madriddə çıxış edən Miley baş nazir Sançes və onun administrasiyası üçün “quldurlar dəstəsi” ifadəsini işlədib.
Argentina prezidenti İspaniya hökumətini və sosialistləri korrupsiya və saxtakarlıqda günahlandıraraq, “Bilmənizi istəyirəm ki, dəhşətli sosialistlərə qarşı həmişə sizinlə olacağam”, – deyib.
Bir çox çıxışlarında olduğu kimi Madriddə də rok musiqisi sədaları altında rəqs edərək podiuma çıxan Miley “Yaşasın azadlıq, lənətə gəlmiş vergilər oğurluqdur” şüarlarını səsləndirib.
***
Argentinanın öz hakimiyyəti altında həyata keçirdiyi maliyyə siyasətləri ilə “iqtisadi güc mərkəzinə” çevriləcəyini iddia edən Miley, “Rahat bir yalandan çox narahat bir həqiqəti üstün tuturuq. Bu mənada siyasətimiz hər zaman aydın olub. Dövlət xərclərini mişarlayacağımızı dedik və etdiyimiz də budur”, – dedi.
Avropa dövlətlərinin digər ölkələrin iqtisadiyyatına müdaxiləsini də tənqid edən Miley, “Həyatım boyu məni müəyyən edən bir şey varsa, o, təkcə düşündüklərimi söyləmək deyil, dediklərimi etməkdir”, – deyib.
Bu arada bilet qiymətləri 1000-7000 avro arasında dəyişən forumu dinləmək üçün zalı dolduran izdiham birbaşa baş nazir Sançesi hədəf alan təhqiramiz şüarlar səsləndirib.
Forumda İspaniyanın ifrat sağçı “Vox” Partiyası və sağ mərkəzçi Xalq Partiyasının (PP) nümayəndələri də iştirak ediblər.