Vaxt.Az

Yaponiyada ABŞ bazasında partlayış


 

4 əsgər yaralanıb

Yaponiyada ABŞ bazasında partlayış Səlahiyyətlilər Yaponiyanın cənubundakı Okinava adasında partlamamış hərbi sursatların yerləşdiyi ABŞ hərbi bazasında partlayış baş verdiyini açıqlayıb. Partlayış nəticəsində 4 yapon əsgəri yaralanıb, lakin onların həyatı üçün təhlükə yoxdur.

Yerli hakimiyyət orqanları dörd əsgərin Okinava prefekturasında İkinci Dünya müharibəsinin ən şiddətli döyüşlərinə səhnə olan adada partlamamış hərbi sursat saxlayan obyektdə işləyərkən barmaqlarından xəsarət aldığını bildirib.

Prefektura rəsmiləri xəsarətlərin həyati təhlükəsi olmadığını və hadisə ilə bağlı başqa təfərrüatların məlum olmadığını, qəzanın səbəbini və yerini dəqiqləşdirməyə çalışdıqlarını bildiriblər.

***

Bir çoxu ABŞ ordusu tərəfindən atılan yüzlərlə ton partlamamış döyüş bombaları bütün Yaponiyada basdırılmış vəziyyətdədir və bəzən tikinti sahələrində və digər yerlərdə üzə çıxır.

Oktyabr ayında ABŞ-ın partlamamış hərbi bombası Yaponiyanın cənubundakı ticarət hava limanında partlamışdı. Nəticədə böyük krater yaranmış və çoxsaylı uçuşlar dayandırılmışdı.

 





09.06.2025    çap et  çap et