Dünya Səhiyyə Təşkilatı (DST) may ayının sonunda bu variantı “monitorinq altında olan variant” kimi təsnif edib. Variantın bir səbəbinə gəlincə: sünbül proteinindəki bir sıra mutasiyalar ACE2 reseptoruna bağlanmağı asanlaşdırır. Bu da antikorların onu tanımasını çətinləşdirir. Bu immunitetdən yayınma qabiliyyəti əvvəlki dominant variant LP.8.1-dən 1,5-1,6 dəfə çoxdur.
***
“Warwick” Universitetinin virusoloqu Lourens Yanq, “Gələcək aylarda infeksiyaların sayında artım müşahidə edəcəyik”, – deyib. Alim, “COVID-19”un isti və rütubətli havalarda belə yayılma qabiliyyətini vurğulayıb. Yeni variant yazda Asiyada infeksiyaların artmasına səbəb olub və ABŞ və Avstraliyada da yayılıb.
DST-yə görə, Nimbusun yaratdığı xəstəliklər hazırda daha ağır deyil. Tipik simptomlar – yorğunluq, qızdırma, boğaz ağrısı və əzələ ağrıları. Ölüm nisbətində də ciddi artım olmayıb. Siçanlar üzərində aparılan laboratoriya tədqiqatları göstərir ki, hazırkı “COVID-19” vaksinləri ağır xəstəliklərdən qoruyur, antikor səviyyələri bir qədər aşağı olsa da, onların effektivliyi əsasən saxlanılır.