Vaxt.Az

Açarını axtaran qadın sursat tapdı


 

Reyn çayından çıxan Rusiyaya məxsus qumbara çıxdı

Açarını axtaran qadın sursat tapdı Brandenburqun Neuruppində (Ostprignitz-Ruppin) bir qadın suya düşən açarlarını axtararkən partladıcı qumbara tapıb.

Alman polisinin dünən yaydığı məlumata görə, bir qadın iyunun 6-da axşam saatlarında maqnitdən istifadə edərək Havel çayının bir qolu olan Reyndə suya saldığı açarını çıxarmağa çalışıb. Lakin polisin məlumatına görə, qadın açar yerinə uzun, paslanmış əşyanı sahilə çəkib.

Polisin partlayıcı sursatların zərərsizləşdirilməsi xidməti onun Rusiyaya məxsus tank əleyhinə qumbaraatan olduğunu müəyyən edib. Qumbara təhlükəsiz şəkildə çıxarılıb. Qadının onun açarını tapıb-tapmadığı məlum deyil...

 





09.06.2025    çap et  çap et