Vaxt.Az

«Bu qurultay keçirilməyəcək»


 

Siyavuş Novruzov: «Ona görə də məsələni uzadacaq və şou düzəldəcəklər»

«Bu qurultay keçirilməyəcək» «Bu gün Müsavat partiyasının nümayəndələri İsa Qəmbəri sədr görmək istəmirlər. Bunun nəticəsi olaraq, o da bu məsələni uzadır ki, hələlik rəqiblərini tərki-silah etməyənə qədər bu qurultay keçirilməsin».

Bu fikirləri AzVision.az-a açıqlamasında YAP-ın icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib.

Müsavatın qurultay müəmmasına toxunan YAP rəsmisi bildirib ki, iki ildən artıqdır ki, bu məsələ uzadılır.

«Müsavat qurultayını keçirmək istəyirsə, istənilən yerlə müqavilə bağlaya bilər. Bu şadlıq evi, otel, digər özəl müəssisə də ola bilər və yaxud da açıq havada, çadrda keçirə bilər. Müsavata Bakı Şəhər İcra Hakimiyyəti 600 -1200 nəfərlik yer verib, amma istəmirlər. Burada əsas səbəb sədrlik məsələsidir. Bilirlər ki, İsa Qəmbər sədr seçilməyəcək. Ona görə də bu qədər bu məsələni uzadacaqlar və bundan şou düzəldəcəklər, bir vaxtlar Gürcüstana, Türkiyəyə getdilər. Guya gedirlər orada Müsavatın qurultayını keçirməyə. Bu gün Müsavat partiyasının nümayəndələri İsa Qəmbəri sədr görmək istəmir. Bunun nəticəsi olaraq, o da bu məsələni uzadır ki, hələlik rəqiblərini tərki-silah etməyənə qədər bu qurultay keçirilməyəcək» - deyə S.Novruzov bildirib.

Qeyd edək ki, dünən Bakı şəhər İcra Hakimiyyəti Müsavatın qurultay müraciətinə cavab verib. Meriya Müsavata icaza verərək qurultay keçirmək üçün Səttar Bəhlulzadə adına Mədəniyyət Evini təklif edib.

 





16.05.2014    çap et  çap et