Vaxt.Az

Referendum qutudan çıxmadı


 

50 faiz tələbi olarkən, gələn seçici sayı 30 faizi keçmədi

Referendum qutudan çıxmadı Həmkarlar ittifaqları və vətəndaş cəmiyyəti təşkilatlarının rəhbərliyi ilə təşkil olunan referendumda son illərdə İtaliyada gərgin müzakirələrə səbəb olan 5 ayrı məsələ ilə bağlı suallar yer almışdı.

Bildirilib ki, İtaliyada vətəndaşlıq şərtləri və iş təhlükəsizliyi ilə bağlı qaydalara səs vermək üçün keçirilən referendum kifayət qədər iştirak etmədiyi üçün baş tutmadı. Bu gün ictimai rəy araşdırması şirkəti “YouTrend” tərəfindən açıqlanan məlumatlara görə, referendumun təsdiqi üçün tələb olunan 50%+1 səs həddi yerinə yetirilmədi. 60.000 sandıq məlumatlarına görə iştirak nisbəti təxminən 30 faiz olaraq qaldı.

Həmkarlar ittifaqları və vətəndaş cəmiyyəti təşkilatlarının rəhbərliyi ilə təşkil edilən referendumda son illərdə İtaliyada gərgin müzakirələrə səbəb olan bir neçə məsələ hədəflənib. Xüsusilə, 2016-cı ildə qüvvəyə minən Əmək Qanunu, immiqrantların qəbulu və inteqrasiya siyasətləri kimi mövzular səsə qoyulmuşdu.

Referendum beş sualdan ibarət idi – ilk dördü işçilərin hüquqlarının artırılması, kiçik müəssisələrin öhdəlikləri, qısamüddətli müqavilələrin tənzimlənməsi və subpodrat işi üçün kimin cavabdeh olması kimi iş həyatı ilə bağlı qaydalara diqqət yetirirdi.

Beşinci sual, AB hüdudlarından kənarda olan əcnəbilərin İtaliya vətəndaşlığına müraciət etməzdən əvvəl ölkədə keçirməli olduğu müddətin 10 ildən 5 ilə endirilməsini təklif edirdi.

Baş nazir Corca Meloninin İtaliya Qardaşları partiyasının rəhbərlik etdiyi hakim koalisiya referenduma qarşı çıxıb, bəzi hökumət rəsmiləri isə insanları seçkiyə getməməyə çağırıb. Lakin vətəndaş təşəbbüsü Beynəlxalq Demokratiya Birliyinə görə, referendum müxalifət hərəkatı deyil, birbaşa xalqın təşəbbüsü idi.

"Referendumla bağlı suallar kütləvi yanaşmadan irəli sürülüb və parlamentdən çıxmayıb", – icmanın bəyanatında deyilir. Vətəndaşlıq məsələsi Avropa+ Partiyasının üzvləri tərəfindən, əmək hüququ ilə bağlı dörd sual isə İtaliya Ümumi Əmək Konfederasiyası (CGIL) tərəfindən irəli sürülüb və Demokratik Partiya, Beş Ulduz Hərəkatı, Yaşıllar və Sol Alyans tərəfindən dəstəklənib.

Seçki qutuları saat 15:00-da bağlandıqdan sonra əldə edilən exit-poll nəticələrinə görə, əmək qanunvericiliyinə dair 4 suala “hə” səsi yüzdə 85 civarında, vətəndaşlıq müddəti ilə bağlı suala isə “bəli” səsi yüzdə 60 səviyyəsində olub.

Referendum həmçinin İtaliyanın bəzi bölgələrində və bələdiyyələrində yerli seçkilərlə eyni vaxtda keçirilib.

 





09.06.2025    çap et  çap et