Vaxt.Az

Yeni rektordan sələfinə zərbə


 

GDU-nun keçmiş rəhbərinin əməllərinin üstü açıldı

Yeni rektordan sələfinə zərbə Gəncə Dövlət Universitetinin (GDU) rektoru Yusif Yusibov sabiq rektor Yadigar Əliyevin dövründə olan nöqsanlardan danışıb. AzVision.az xəbər verir ki, o, jurnalistlərə açıqlamasında bildirib ki, həmin nöqsanlar imtahanlarla bağlı idi:

«O zaman Yadigar Əliyevə xəbərdarlıq edilsə də, universitet rəhbərliyi tərəfindən həmin neqativ halların qarşısı alınmamışdı. Ona görə də sabiq rektora şiddətli töhmət verilmişdi».

Rektor onu da qeyd edib ki, hazırda universitetdə imtahanlar şəffaf qaydada aparılır. «Hazırda məzunlar semestr imtahanı verir. Əmin ola bilərsiz ki, imtahanlar tam şəffaf qaydada aparılır».

Y.Yusibov rəhbərlik etdiyi ali təhsil müəssisəsində saxta diplom aşkarlanıbmı? sualına da aydınlıq gətirib: «Saxta diplomla bağlı Gəncə Dövlət Universitetində heç bir problem yoxdur. Kimsə universitetin adından saxta diplom verə bilər. Amma bizim universitet özü saxta diplom verə bilməz».

Rektorun sözlərinə görə, GDU-nun bir çox müəllimlərin məqalələri beynəlxalq və xarici jurnallarda dərc olunub: «Məsələn, universitetimizin baş müəllimi Zəhra Əliyevanın Avropa Birliyinin «Journal of allows and compounds» və «Şpringer» nəşriyyatında dərc olunub.

 





16.05.2014    çap et  çap et