O,
həmçinin özü ilə yanaşı anası Mehriban Əliyeva və bacısı Leyla Əliyeva ilə
bağlı öz fikirlərini bölüşüb.
Vaxt.az
həmin yazını təqdim edir:
Özüm
haqqında
Əgər
biz ailəliklə harasa gediriksə, onda birlikdə hazırlaşır, bir-birimizlə
məsləhətləşirik. Adətən mən seçilməyə çalışıram. Bu asan deyil. Eyni zamanda
mən konservativ tərzə sadiq qalıram – təxribat və super hitlər mənlik deyil.
Anam
haqqında
Anam
bizim üçün geyim seçə bilir. Biz yaxınlıqda olmasaq belə o, geyimin yaraşıb,
yaraşmadığını dəqiqliklə qiymətləndirr və o, heç vaxt yanılmır.
Moda
haqqında
İlk
tərz dərslərini mən və bacım uşaq yaşlarında, anamızı müşahidə edərək əldə
etmişik. O, geyinir, makiyaj edir və saçın darayır, biz balacalar isə oturub,
onu izləyirdik. Anam bizə xüsusi nəsihətlər verməyib, lakin biz böyüdükcə
özümüzdən asılı olmayaraq onun tərzini təqlid etməyə başlamışıq.