Prezident Trampın sözlərinə görə, etirazların davam etdiyi Los-Anceles küçələrinə nəzarət etmək üçün təyin edilmiş Milli Qvardiya bölmələri mühüm rol oynayıb. “Əgər tədbir görməsəydik, bu, iğtişaşlara çevrilə bilərdi”, – deyən Tramp, müdaxilənin zəruri olduğunu vurğulayıb.
Tramp Kaliforniya qubernatoru Qeyvin Nyusomun ona ünvanladığı “vətəndaş müharibəsinə başlamaq” ittihamlarına da cavab olaraq sərt danışıb. O, “Mən vətəndaş müharibəsi istəmirəm, qanunları tətbiq edirəm. Nyusom bu böyük dövləti məhv edir. O, uğursuz bir qubernatordur. Göndərdiyimiz əsgərlər, əla iş gördülər”, – deyib.
Los-Ancelesdəki etirazlar ölkə daxilində də yaxından izlənilir. Tramp administrasiyasının gördüyü bu sərt tədbirlər də ictimaiyyətdə müxtəlif reaksiyalara səbəb olur.