AİF-in reytinqləri Azərbaycanın suveren
reytinqləri ilə eyni səviyyədədir ki, bu da dövlət sektoru təşkilatı kimi
fondun statusunu əks etdirir.
Fondun məlumatına əsasən, tələb
olunarsa, Azərbaycan Mərkəzi Bankı (AMB) AİF-in öhdəliklərini (həmçinin buraxılmış
istiqraz vərəqələrinin ödənilməsini) maliyyələşdirir. Azərbaycan İpoteka
Fondunun təhlili zamanı «Fitch» dövlət sektoru müəssisələri üzrə reytinq
meyarlarından istifadə edir və «yuxarıdan aşağı» yanaşmanı tətbiq edərək fondun
reytinqlərini suveren reytinqdən sayır.
Məlumatda deyilir: «Dövlət üçün münasib
mənzilin verilməsi yüksək prioritetə malikdir. Bunu ölkə Konstitusiyasının
43-cü maddəsi sübut edir. Maddə, xüsusən, ölkədə daha yüksək keyfiyyətli şəhər
evlərinə artan tələbatla bağlı sakinlərin mənzil hüququnun reallaşdırılması
üzrə tədbirlərin qəbul edilməsi ehtiyacını nəzərdə tutur».
«Fitch» gözləyir ki, fond AMB-dən dəstək
almaqda davam edəcək.
Agentliyin müəlliflərinin fikrincə, suveren reytinq dəyişərsə, reytinqdə də dəyişiklik olacaq.