Rusiya Maliyyə Nazirliyindən verilən yazılı açıqlamada ölkənin büdcə gəlirlərinin keçən ilin eyni dövrü ilə müqayisədə 3,1 faiz artaraq 14,7 trilyon rubla (187 milyard dollar) çatdığı bildirilib.
Açıqlamada bu dövrdə büdcə xərclərinin 20,7 faiz artaraq 18,1 trilyon rubla (230 milyard dollar) çatdığı bildirilib.
Açıqlamada qeyd olunub ki, qeyri-neft və təbii qaz gəlirləri 10,5 trilyon rubl (13.5 milyard dollar), neft və təbii qaz gəlirləri isə 4,2 trilyon rubl (53,4) təşkil edib.
Açıqlamada büdcə kəsirinin ÜDM-ə nisbətinin 1,5 faiz olduğu, büdcə kəsirinin əsas səbəbləri kimi yanvar ayında müxtəlif xərclərin maliyyələşdirilməsi, neft və təbii qazın qiymətinin aşağı düşməsi göstərilib.
Bu arada, Rusiyada büdcə xərcləri son illərdə xüsusilə müdafiə sənayesinə ayrılan xərclər hesabına xeyli artıb.