Vaxt.Az

8 baza universiteti seçilib


 

Nazirlikdən tələbələrə müraciət

8 baza universiteti seçilib «SABAH» qrupları üçün 8 baza universiteti seçilib. Bura üçün seçilən tələbələr 20 min nəfər olacaq». Bunu jurnalistlərə açıqlamasında «SABAH» qruplarının Gəncə Dövlət Universitetində təqdimatı zamanı Təhsil Nazirliyinin sözçüsü Cəsarət Valehov deyib.

AzVision.az-ın məlumatına görə, C.Valehov bildirib ki, təəbələr layihənin saytında qeydiyyatdan keçməlidirlər: «Sonra isə imtahan mərhələsindən keçib «SABAH»ın tələbəsi ola bilərlər. Öncə məhdudiyyət qolumuşdu ki, əvvəl dövlət ali təhsil müəssisələri indi isə həm dövlət, həm də özəl ali təhsil müssəsiələrinin tələbələləri bura qatıla bilər».

Nazirlik rəsmisi vurğulayıb ki, tələbələr bölgə universitetlərindən də «SABAH»a qoşulmaq üçün müraciət edə bilər: «O ki, qaldı gələcəkdə bölgələrdə SABAH qruplarının açılması məsələsinə, gələcəkdə bununla bağlı müəyyən müzakirələr aparıla bilər. Bölgələrdə də məsələn, Gəncə Dövlət Universitetində də «SABAH» qrupları açıla bilər. Qeyd olunan ixtisaslarla bağlı biz hələ ki, baza ali təhsil müəssisələri seçmişik çox güman ki, gələcəkdə qeyd etdiyimiz universitetlərin sırası genişlənə bilər. Burada maddi texniki bazalar, ixtisaslı professor- müəllim heyəti və tələbələrə yaradılan mühit, daha yaxşı və müasir innovativ tədris mühiti və s. hamısı şərtdir».

 





16.05.2014    çap et  çap et