Vaxt.Az

Parlamentdə ilan panikası


 

Sessiya təxirə salındı

Parlamentdə ilan panikası Bosniya və Herseqovina parlamentində ilan tapıldığı üçün Xalq Məclisinin iclası təxirə salınıb. Məclisdən verilən yazılı açıqlamada, paytaxt Sarayevoda parlament binasında keçirilməsi planlaşdırılan Xalq Məclisinin iclasının salonda ilan görünməsinin ardından təxirə salındığı bildirilib.

Açıqlamada iclasdan əvvəl zalda kiçik ilan tapıldığı və əlavə araşdırma üçün zalın boşaldıldığı bildirilib.

Sosial mediada paylaşılan görüntülərdə zaldakı ilanın bir işçi tərəfindən çıxarıldığı görülüb.

Parlamentin zalında ilan qısa çaxnaşmaya səbəb olub.

 





10.06.2025    çap et  çap et