Vaxt.Az

Rusiyadan “Apple” cəza


 

Məhkəmə şirkətə ikinci dəfə eyni iddia üzrə cərimə kəsib

Rusiyadan “Apple” cəza Rusiyada “Apple”a qarşı açılan iş üzrə hökm çıxarılıb. “Apple”a qarşı açılan işə paytaxt Moskvada baxılıb. Məhkəmə “Apple”ın LGBT təbliğatı ilə məşğul olduğuna qərar verib və ABŞ-da yerləşən şirkəti 6 milyon rubl (təxminən 79 min dollar) cərimə ödəməyə məcbur edib.

Bu, bununla bağlı Rusiyada “Apple”a verilən ikinci cərimədir.

İlk dəfə mayın 19-da “Apple” ölkədə eyni iddia ilə 7,5 milyon rubl (təxminən 94 min dollar) cərimələnmişdi.

LGBT hərəkatı ötən il Rusiyada terrorçu və ekstremistlər siyahısına daxil edilib.

 





10.06.2025    çap et  çap et