“The Wall Street Journal”a (WSJ) görə, keçmiş ABŞ prezidenti Bayden dövründə Daxili Təhlükəsizlik Departamenti və Ədliyyə Departamentində “müəyyən məsələlərlə bağlı artan narahatlıq” ardınca Maskın iş yerlərini ziyarət edən xarici vətəndaşlar olub.
Mövzuya yaxın mənbələr Şərqi Avropa və digər ölkələrdən 2022 və 2023-cü illərdə texnoloji milyarder Maska baş çəkmiş şəxslərlə bağlı araşdırma aparıldığını və ona təsir göstərməyə çalışmış ola biləcəyini iddia edib.
Qəzetə danışan iki ayrı mənbə, istintaqın sözügedən şəxsləri ittiham etmək üçün kifayət qədər təfərrüat təqdim etmədiyini və Federal Təhqiqat Bürosunun (FTB) daxil olduğu müxtəlif qurumların rəsmilərinin bu mövzuda məlumatlandırıldığını qeyd edib.
Həmçinin, ABŞ prezidenti Donald Trampdan əvvəl aparılan araşdırmanın “Mask ətrafında çox sayda xarici vətəndaşın olmasından qaynaqlanan narahatlıqlara diqqət yetirdiyi”, – deyilib.
Təxminən iki həftə əvvələ qədər Trampın müşaviri olan milyarder iş adamının ABŞ hökuməti ilə kritik əhəmiyyətli ortaq investisiyaları var.
NASA kosmosa uçuşlarını Maskın qurduğu “SpaceX” raketləri ilə həyata keçirir, Müdafiə Nazirliyi (Pentaqon) isə həssas peyklərini buraxmaq üçün əsasən eyni şirkətlə işləyir.