Vaxt.Az

Bölgədə gərginlik artır


 

Çinin iki təyyarədaşıyan gəmisi göründü

Bölgədə gərginlik artır Çinin iki aktiv təyyarədaşıyan gəmisi, “Liaoning” və “Shandong”, 7-9 iyun tarixlərində Yaponiya yaxınlığında aşkarlanıb.

“Kyodo News” xəbər verir ki, Yaponiya Müdafiə Nazirliyi ölkə yaxınlığında aşkarlanan Çin təyyarədaşıyan gəmiləri ilə bağlı açıqlama verib.

“Liaoning” və “Shandong” təyyarə gəmilərinin ölkə yaxınlığında müşahidə edildiyi ifadə edilən açıqlamada, “Şandunq” gəmisinin digər 4 gəmi ilə birlikdə iyunun 7-də yerli vaxtla saat 13:00 radələrində Okinavanın cənubundakı Miyako adasının 550 kilometr cənub-şərqindəki sularda üzdüyü bildirilib.

Açıqlamada bildirilir ki, “Shandong” iyunun 9-da Yaponiyanın Sakit Okeandakı eksklüziv iqtisadi zonasında (EEZ) Okinotori adasının şimalında döyüş təyyarələri və helikopterlərlə eniş və qalxma təlimləri həyata keçirib.

Açıqlamada “Liaoning”in iyunun 7-də saat 18:00 radələrində Minamitori adasının təxminən 300 kilometr cənub-qərbindəki sularda göründüyü, gəminin iyunun 8-də EEZ xaricində döyüş təyyarələri və helikopterlərlə eniş və qalxma təlimləri keçirdiyi qeyd edilib.

Yaponiya Nazirlər Kabinetinin Baş Katibi Hayaşi Yoşimasa verdiyi açıqlamada, Yaponiyanın Çinin artan dəniz fəaliyyətlərini yaxından izləməyə və nəzarəti artırmağa davam edəcəyini bildirərək, “Dənizdə və havada xəbərdarlıq və müşahidə vəzifələrimizi yerinə yetirmək üçün əlimizdən gələni edəcəyik”, – deyib.

 





10.06.2025    çap et  çap et