Vaxt.Az

“Əmr gəlsə, İranı vuracağıq”


 

Gərginliyi artıran mesaj

“Əmr gəlsə, İranı vuracağıq” ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı Maykl Kurilla dolayı nüvə danışıqlarının nəticə vermədiyi təqdirdə İrana zərbə endirmək üçün hərbi planları ABŞ prezidenti Donald Trampa təqdim etdiyini və əmr veriləcəyi təqdirdə bunu etməyə hazır olduğunu bildirib.

Komandan Kurilla Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinə ifadə verib.

Dolayı nüvə danışıqları nəticə verməsə, Tramp İrana zərbə endirmək vədini yerinə yetirərsə, CENTCOM-un İranı vurmağa hazır olub-olmaması ilə bağlı sualı cavablandıran Kurilla ABŞ prezidenti Donald Trampa İrana zərbə endirmək üçün hərbi planlar təqdim etdiyini və əmr veriləcəyi təqdirdə buna hazır olduğunu bildirib.

Kurilla deyib ki, “Mən müdafiə nazirinə və prezidentə geniş seçimlər təqdim etmişəm”.

 





10.06.2025    çap et  çap et