AzVision.az xəbər verir ki, sərəncamda
qeyd olunur ki, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki «İmamzadə»
kompleksinin bərpasının tamamlanması ilə əlaqədar abadlıq-quruculuq işlərinin
aparılması üçün Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə
tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra
Hakimiyyətinə 3 milyon manat ayrılsın.
Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.