Vaxt.Az

Zəif tələb qiyməti salır


 

ABŞ-Çin danışıqları nəticəsinə görə neft ucuzlaşıb

Zəif tələb qiyməti salır ABŞ prezidenti Donald Tramp tərəfindən hələ də təsdiqlənməmiş ABŞ-Çin ticarət danışıqlarının nəticəsini qiymətləndirməsilə bu gün günü neft ucuzlaşıb. “Brent” 0,36 faiz ucuzlaşaraq barreli 66,63 dollara, ABŞ xam nefti isə 0,32 faiz ucuzlaşaraq 64,77 dollara düşüb.

Dünən Londonda iki günlük gərgin danışıqlardan sonra ABŞ-ın ticarət naziri Hovard Lutnik bildirib ki, ABŞ və Çin rəsmiləri ticarət atəşkəsi bərpa edəcək və Çinin nadir elementlər və maqnit ixracına qoyulan məhdudiyyətləri yüngülləşdirəcək çərçivə üzərində razılaşıblar. O əlavə edib ki, prezident Trampa nəticə barədə məlumat veriləcək və onun təsdiqi gözlənilir.

“IG” bazar analitiki Tony Sycamore, “Xam neft üçün bu inkişaf, xüsusən də Çin iqtisadiyyatı üçün mənfi riskləri azaldır və ABŞ iqtisadiyyatını tarazlaşdırır. Bu amillərin hər ikisi neft tələbi və qiymətləri üçün dəstək olacaq”, – deyib.

Digər tərəfdən, bu həftənin əvvəlində Çindən neft idxalı məlumatları və OPEC+-nın hasilat artımını davam etdirməsi qiymətlərə təzyiqi artırır. OPEC+ iyulda gündəlik neft hasilatını sutkada 411 min barel artırmağı hədəfləyərək ardıcıl dördüncü ay hasilatın azaldılmasını dayandırmağı planlaşdırır.

 





11.06.2025    çap et  çap et