Vaxt.Az

Merz qəti qarşı çıxdı


 

Hökumət İtaliya bankının “Commerzbank”ı almaq istəməsini dost olmayan davranış sayıb

Merz qəti qarşı çıxdı Almaniya hökuməti bir daha İtaliya bankı “UniCredit”in Almaniyanın ikinci ən böyük bankı “Commerzbank”ı ələ keçirmək planlarına qarşı çıxıb.

Almaniya kansleri Fridrix Merzin “Commerzbank” işçilərinə yazdığı məktubda bir daha açıq şəkildə buna qarşı çıxıb.

Almaniyanın ikinci ən böyük bankına qarşı “UniCredit”in koordinasiya edilməmiş və dost olmayan hərəkətlərin qəbuledilməz olduğunu deyən Merz və “Commerzbank”ın KOM-ların maliyyələşdirilməsi üçün həyati əhəmiyyət kəsb edən vacib banklar arasında olduğunu bildirib.

Merz iki səhifəlik məktubda Almaniya hökumətinin güclü və müstəqil “Commerzbank”a sadiq olduğunu vurğulayıb.

Almaniyanın maliyyə naziri Lars Klinqbeyl də isveçli həmkarı Elisabet Svantesson ilə Berlində keçirdiyi mətbuat konfransında Merzin məktubuna görə minnətdarlığını ifadə edərək, “Kanslerin tək siyasi bəyanatının mühüm siyasi siqnal olduğunu bilirəm. Bununla belə, biz siyasi müzakirələr də aparırıq. Nəticələr əlçatan olan kimi ictimaiyyətə açıqlanacaq”, – deyib.

“UniCredit” Almaniya federal hökumətinin bankdakı 9 faizlik payını 2024-cü ilin sentyabrında alıb. İtalyan bankı daha sonra maliyyə alətləri vasitəsilə Almaniya bankının səhmlərinin 21 faizini əldə edərək, bankdakı payını 28 faizə çatdırıb.

İtaliya bankı daha əvvəl “Commerzbank”dakı payını 29,9 faizə çatdırmaq üçün qanuni müraciət edəcəyini açıqlamışdı.

Alman mətbuatı iddia edirdi ki, “Commerzbank” rəhbərliyi, Bank İşçiləri Şurası və həmkarlar ittifaqları, habelə federal hökumət “Unicredit”in Alman bankındakı payını artırmaqda maraqlı deyil.

Məlumata görə, alman siyasətçiləri də Almaniyanın qalan bir neçə iri kommersiya bankından birini itirməkdən və ölkələrinin taleyini böyük borcu olan İtaliyanın taleyinə bağlamaqdan narahatdırlar.

“Unicredit” “Commerzbank”da 30 faiz və ya daha çox pay əldə etsəydi, qanuni olaraq Alman bankına satınalma təklifi təqdim etməlidir.

 





11.06.2025    çap et  çap et