Azərbaycan Güləş Federasiyasından virtualaz.org saytına verilən xəbərı görə, yarışda iştirak edən Azərbaycan yunan-Roma güləşi üzrə yığma komandası güləş tariximizdə yeni səhifə yazıb. Güləşçilərimiz Dünya Kuboku yarışlarında ilk dəfə 3-cü yeri tutub və bürünc medala sahib olub.
Qeyd
edək ki, güləşçilərimiz Koreya, Ermənistan, İran və Finlandiya komandaları ilə
eyni qrupda mübarizə aparıb. Güləşçilərimiz ilk görüşdə yerli İran
güləşçilərinə məğlub olsa da daha sonra ardıcıl olaraq Ermənistan (8:0), Koreya
(5:3) və Finlandiya (5:3) yığmasını məğlub edərək qrupda 2-ci yerdə qərarlaşıb
və bürünc medal şansı əldə edib. Həlledici qarşılaşmada Macarıstan
güləşçilərini 6:2 üstələyən yığmamız yarışları üçüncü sırada tamamlayıb və
Dünya Kubokunun bürünc medalına sahib olub.
Bu,
yunan-Roma güləşi üzrə Dünya Kuboku yarışlarında yığmamızın indiyə qədərki ən
uğurlu nəticəsidir. Buna qədər güləşçilərimiz 2011-ci ildə Belarusun paytaxtı
Minskdə və 2012-ci ildə Rusiyanın Saransk şəhərində keçirilən analoji yarışda
4-cü yerlə kifayətlənmişdilər.