Vaxt.Az

“Biz bir çərçivədə razılaşdıq”


 

ABŞ naziri: “Prezidentlərin təsdiqini gözləyirik”

“Biz bir çərçivədə razılaşdıq” ABŞ Ticarət naziri Hovard Lutnik Çinlə Cenevrədə əldə olunan ticarət razılaşmasının həyata keçirilməsi üçün nəticə əldə etdiklərini açıqlayıb. Lutnik Londonda Çin rəsmiləri ilə iki günlük ticarət danışıqlarından sonra jurnalistlərə açıqlama verib.

Cenevrədə əldə edilən razılaşmanın həyata keçirilməsi üçün “çərçivə” əldə etdiklərini ifadə edən Lutnik, “Dünyanın iki böyük iqtisadiyyatı bir çərçivə üçün əl sıxdı. Prezident Trampın təsdiqi ilə bu çərçivəni həyata keçirməyə başlayacağıq, Çinlilər isə Prezident Sinin təsdiqini alacaq”, – deyib.

Londonda ABŞ və Çin rəsmiləri arasında görüş bazar ertəsi (iyunun 9-da) başlamışdı.

Danışıqlarda Çindən baş nazirin iqtisadi məsələlər üzrə müavini Hı Lifınq, ABŞ-dan isə ticarət naziri Lutnik, habelə maliyyə naziri Skott Bessent və ticarət nümayəndəsi Ceymison Qri iştirak edib.

 





11.06.2025    çap et  çap et