Vaxt.Az

Keçmiş prezidentə 6 il həbs


 

Ali Məhkəmə Kirşnerə dövlət vəzifəsində işləməyə ömürlük qadağa qoydu

Keçmiş prezidentə 6 il həbs Ali Məhkəmə yekdilliklə Argentinanın keçmiş prezidenti Kristina Fernandez de Kirşnerə verilən 6 il həbs cəzasını və ömürlük dövlət vəzifəsində işləməyə qadağa qoyulmasını təsdiqləyib.

Argentina Ali Məhkəməsi Kirşnerin vəkillərinin apellyasiya şikayətini yekdilliklə rədd edib və həbs cəzasını qüvvədə saxlayıb.

Həm də ömürlük dövlət vəzifəsində işləmək qadağan edilmiş 72 yaşlı Kirchner bu qərarı “siyasi və məhkəməni cadugər ovu” kimi qiymətləndirib.

Argentina prezidenti Xavier Miley isə sosial media platforması “X”dəki paylaşımında bu qərarı alqışladığını və toxunulmazlıq dövrünün bitdiyini bildirib.

Bu arada paytaxt Buenos Ayres başda olmaqla bir çox şəhərdə onlarla Kirşner tərəfdarı toplaşaraq qərara etiraz edib və keçmiş prezidenti dəstəkləyib.

Argentina mətbuatında yer alan xəbərlərə görə, Kirşner cəzasını evində başa vura biləcək və son qərarı yerli məhkəmə verəcək.

 





11.06.2025    çap et  çap et