Bass açıqlamasında bölgədə “yerli fövqəladə vəziyyət” və “komendant saatı” elan etdiyini söylədi.
Qadağanın yerli vaxtla saat 20:00-da başlayacaq və 06:00-a qədər davam edəcəyi və şəhər mərkəzində təxminən 2 kilometrlik ərazidə qüvvədə olacağı öyrənildi.
***
Bələdiyyə Başçısı Karen Bass sosial media hesabında komendant saatını pozanların həbs ediləcəyini bildirdi: “Mən Los-Ancelesin mərkəzindəki vəziyyəti yaxından izləyirəm və icmalarımızı qorumaq üçün yeni tədbirlər görməyə hazırlaşıram. Bu gecə saat 20:00-dan başlayaraq Los-Ancelesin mərkəzində komendant saatı elan etdim. Əgər Los-Ancelesin mərkəzində yaşamırsan və ya işləmirsənsə, bu ərazidən uzaq dur, komendant saatını pozan hər kəsi həbs edəcək”.