Vaxt.Az

“İşdən çox gecə klublarına gedir”


 

FTB direktoru jurnalisti məhkəməyə verdi

“İşdən çox gecə klublarına gedir” Federal Təhlükəsizlik Bürosu (FTB) direktoru Kaş Patel MSNBC-nin köşə yazarı Frank Figliuzziyə “gecə klublarında Vaşinqtondakı FTB qərargahında olduğundan daha çox vaxt keçirib”, – iddiasını böhtan adlandırıb və jurnalisti məhkəməyə verib.

FTB direktorunun vəkilləri iddialarında köşə yazarının iddiasını rədd edərək, “O, FTB direktoru olduqdan sonra gecə klublarında bir dəqiqə belə olmayıb”, – deyib.

İddiada ifadələrin tamamilə uydurma olduğu qeyd edilir və Figliuzzi daha əvvəl Patelin ünvanına aşağılayıcı ifadələr işlətdiyini və onu “indiyə qədər kabinetin ən səriştəsiz namizədi” adlandırdığını xatırladıb.

Patelin vəkilləri iddia edirlər ki, MSNBC köşə yazarı bu iddianı irəli sürməklə şəxsi şöhrətini qəsdən artırmağa, həmçinin siyasi səbəblərdən Pateli aşağılamağa çalışır.

MSNBC mayın 5-də iddianı geri götürdü və aparıcı Conatan Lemayr “Bu, yalan ifadə idi. Bu iddia təsdiqlənmədi”, – deyib.

Figliuzzi hələlik məsələ ilə bağlı açıqlama verməyib.

 





11.06.2025    çap et  çap et