Tramp buradakı çıxışında “Los-Ancelesi azad edəcəyik. Bu anarxiyaya icazə verilməyəcək”, – deyib.
Tramp bu yaxınlarda Los-Ancelesə 700 dəniz piyadası və 4000 Milli Qvardiya əsgəri göndərmək qərarına gəlib. Kaliforniyadakı etirazlara qarşı sərt tədbirlər çərçivəsində qəbul edilən bu qərar, Demokratların idarə etdiyi Kaliforniya ştatı tərəfindən “gücdən sui-istifadə və lazımsız təxribat” kimi qiymətləndirilib.
Digər tərəfdən Tramp, bu hərbi yerləşdirmənin federal binaları və şəxsi heyəti qorumaq üçün zəruri olduğunu bildirib. İyunun 6-dan Cənubi Kaliforniyada polislə etirazçılar arasında toqquşmalar gedir.
Tramp həmçinin iyunun 14-də Vaşinqtonda keçiriləcək böyük hərbi parada qarşı mümkün etirazlara qarşı sərt mesaj verdi: “Güclə çox böyük cavab veriləcək”.