***
Mütəxəssislər bildirirlər ki, bu temperatur artımı 2015-ci il Paris İqlim Müqaviləsində müəyyən edilmiş 1,5°C həddini qısa müddətə də olsa keçməyib. Bununla belə, qlobal istiləşmənin davam etdiyi və son 10 ilin ən istilər onilliklər arasında olduğu vurğulanır.
“2025-ci ilin may ayı son 22 ayın 21-də müşahidə olunan 1,5°C-dən yuxarı temperatur tendensiyasını qısa müddətə dayandırdı. Bununla belə, iqlim sisteminin istiləşməsi davam etdiyi üçün bu hədd tezliklə yenidən keçiləcək”, – “C3S” direktoru Karlo Buontempo bildirib.
***
Bütün Avropada, xüsusən də şimal-qərb bölgələrində 2025-ci ilin yazı olduqca quraq keçdi. Quraqlıq bir çox ölkəni, xüsusən də Böyük Britaniyanı vurdu və fermerlər bəzi bölgələrdə məhsul itkiləri barədə məlumat verdilər.
“C3S”-in məlumatlarına görə, 2025-ci ilin may ayında Türkiyə, Ukrayna, Rusiyanın cənubu, Şimali və Mərkəzi Avropada orta səviyyədən xeyli aşağı yağıntı qeydə alınıb. Bəzi bölgələrdə 1979-cu ildən bəri ən aşağı torpaq rütubəti və yağıntı səviyyəsi də müşahidə olunub.
Qlobal miqyasda oxşar quraqlıqlar Afrika Buynuzu, Afrikanın cənubu, Şimali Amerika, Cənubi Amerika, Mərkəzi Asiya və Avstraliyanın cənubunda baş verib.
***
May ayında Şimal-Şərqi Atlantikada dəniz səthinin temperaturu indiyə qədər qeydə alınanlar arasında ən yüksək səviyyəyə çatdığı bildirilir. Mütəxəssislər xəbərdarlıq edirlər ki, okeanların belə istiləşməsi qlobal hava balansına və dəniz ekosistemlərinə ciddi təsir göstərə bilər.
Bu hadisələr iqlim dəyişikliyinin təsirlərinin qlobal miqyasda getdikcə daha çox hiss olunduğunu və bu tendensiyanın növbəti illərdə daha da sürətlənə biləcəyini göstərir.