DPA-nın məlumatına görə, partiya bildirib ki, həbsə səbəb yanvar ayında yayılan videodur. Videoda Şlosberq Ukraynadakı müharibədə atəşkəsə çağırıb.
Şlosberq videonun sosial şəbəkədə yerləşdirilməsini təkzib edib və həbsinə etiraz edib. Partiyadan verilən məlumata görə, həbsdən əvvəl onun partiya ofisində, ailəsilə yaşadığı mənzildə və atasının mənzilində axtarış aparılıb.
Şlosberqə qarşı cinayət işi ötən ilin oktyabrında başlayıb. O zaman Rusiya hökumətinin istintaq komissiyası Şlosberqi ictimai bəyanatlarda “xarici agent” statusunu gizlətməkdə ittiham etmişdi.
Rusiya məhkəmə sistemi dissidentləri ləkələmək üçün qəzet səhifələri və sosial şəbəkələrdə “xarici agent” damğasından istifadə edir.
Şlosberq Rusiyada hələ də azadlıqda olan sonuncu məşhur müharibə tənqidçilərindən biri idi. Kreml müxalifəti və tənqidi medianı böyük ölçüdə sıradan çıxarıb.
Rusiya prezidenti Vladimir Putinin əsas rəqibi Aleksey Navalnı ötən ilin fevralında Arktika həbsxanasında naməlum şəraitdə dünyasını dəyişdi.
2020-ci ildə “Noviçok” adlı maddə ilə zəhərlənən Navalnı bir vaxtlar “Yabloko” partiyasının üzvü olub.