Vaxt.Az

Məktəb qətliamının sirri


 

Keçmiş şagird vida məktubu buraxıb

Məktəb qətliamının sirri Avstriyada Qraz şəhərində 10 nəfərin qətlə yetirildiyi məktəbdə atışma nəticəsində həlak olanlar üçün yas tutur.

Avstriya polisi Qratsda məktəbə hücumu həyata keçirən keçmiş şagirdin evində axtarış apardığını bildirib. Polis hücumçunun evində boru bombasının tapıldığını, lakin işlək olmadığını deyib.

Avstriya hakimiyyəti ölkənin müasir tarixində ən dəhşətli zorakılıq aktlarından birini həyata keçirən 21 yaşlı silahlı şəxslə bağlı araşdırmalarını davam etdirir.

İki sinif otağına atəş açan hücumçu intihar etməzdən əvvəl 10 nəfəri öldürüb. Baş nazir Kristian Stoker ölkədə üç günlük matəm elan edib.

***

Polis, ov tüfəngi və tapança ilə silahlanmış hücumçunun təkbaşına hərəkət etdiyini bildirib. Məktəbin keçmiş şagirdi olduğu müəyyən edilən hücumçunun qətliamdan sonra özünü tualetdə güllələdiyi bildirilir.

Bəzi Avstriya mediası kimliyi açıqlanmayan gəncin zorakılığa məruz qaldığını iddia edir. Polis hücumçunun vida məktubu buraxdığını, lakin məktubda hücumun səbəbini açıqlamadığını bildirdi.

 





11.06.2025    çap et  çap et