Vaxt.Az

Zombi bıçaqları “epidemiyası”


 

Fransa baş naziri: “Bəzilərinin satışı dərhal qadağan olunacaq”

Zombi bıçaqları “epidemiyası” Fransanın baş naziri Fransua Bayru dünən “TF1” kanalında Haute-Marne bölgəsində məktəbə hücumla bağlı açıqlamalar verib. Həmin səhər Nogent şəhərindəki Fransuaza Dolto Kollecinin qarşısında 14 yaşlı tələbə 31 yaşlı nəzarətçini bıçaqlayaraq öldürüb.

Bayrou canlı yayımda bəzi kəsici alətlərin yetkinlik yaşına çatmayanlara satışını “dərhal” qadağan edəcəklərini açıqladı: “İstənilən kəsici alət silaha çevrilə bilər. Ona görə də qadağanın əhatə dairəsi genişləndiriləcək”.

***

Baş nazir həmçinin onlayn bıçaq satışı ilə bağlı yeni tənzimləmələr hazırlanacağını bildirib. “Onlayn ticarətdə bağlamaların böyük yaşlıların alması məcburi olacaq”, – deyib və yaşa nəzarətin gücləndiriləcəyini bildirib.

Bayrou, son aylarda ölkədə artan bıçaqlı hücumlara diqqət çəkərək, “Bir epidemiya ilə qarşı-qarşıya olduğumuzu dəqiq bilirik. Yeddi-səkkiz hadisə bir-birinin ardınca baş verdi. Gənclər dostlarını və ya rəqiblərini bıçaqla öldürürlər”, – deyib.

***

Bayrou gün ərzində parlamentdəki çıxışında məktəb girişlərində portativ silah detektorlarının quraşdırılacağını da açıqlamışdı. “Mən bu illüminator detektorların qarışıqlıq olan məktəblərdə sınaqdan keçirilməsinin tərəfdarıyam”, – deyib.

Mayın 28-də hakim “Horizons” Partiyasından (Üfüqlər) olan parlament üzvü Naima Muçou tərəfindən baş nazirə təqdim edilən hesabatda bildirilir ki, kəsici-deşici əşyaların daşınması gənclər arasında ciddi sosial problemə çevrilib. Hesabatda məktəblərin girişlərində məcburi kamera sistemlərinin quraşdırılması və “zombi bıçaqları” kimi təhlükəli obyektlərin silah kateqoriyasına daxil edilməsi tövsiyə edilib.

 





11.06.2025    çap et  çap et