Vaxt.Az

Mask peşman olub


 

Milyarder Trampla yaşadığı gərginliklə bağlı təəssüf mesajı yaydı

Mask peşman olub Amerikalı milyarder iş adamı İlon Mask son vaxtlar mübahisə etdiyi ABŞ prezidenti Donald Trampla bağlı bəzi yazılarına görə peşman olduğunu bildirib.

Mask “X” sosial media hesabında Trampla son gərginliyi ilə bağlı paylaşım edib. “Trampla bağlı bəzi yazılarımdan təəssüflənirəm” deyən Mask, bu yazılarda əndazəni aşdığnı qeyd edib.

***

ABŞ prezidenti Tramp bir müddət əvvəl Ağ Evdəki vəzifəsindən ayrılan və Konqresin gündəmində olan vergilərin azaldılması qanun layihəsini sərt tənqid edən iş adamı Maskın açıqlamalarından çox məyus olduğunu bildirmişdi.

Tramp, “İlonla çox yaxşı münasibətimiz var idi, amma bu münasibətin artıq yaxşı olub-olmadığını bilmirəm. Ona çox kömək etsəm də, İlondan çox məyus oldum”, – demişdi.

Mask öz “X” hesabından Trampın açıqlamalarına, “Mən olmasaydım, Tramp seçkiləri uduzardı. Demokratlar Nümayəndələr Palatasına nəzarət edər, Respublikaçılar isə Senatda 51-49 səs çoxluğuna sahib olardılar”, – cavabını vermişdi. İlon Mask Trampın xəzinə borc yükü ilə bağlı əvvəlki “X” palaşımlarına da toxunaraq, “Bu adam bu gün haradadır? Böyük Çirkin Qanun büdcə kəsirini daha 2,5 trilyon dollar artıracaq!”, ­– demişdi.

 





11.06.2025    çap et  çap et