Hücum məktəbin girişində çanta yoxlaması zamanı baş verib. Qəyyumunu bıçaqlayaraq öldürən şagird ölkə daxilində böyük şok və qəzəb yaradıb. Born, “Bütün təhsil ictimaiyyəti və həqiqətən də bütün millət bu hadisədən sarsıldı”, – deyib.
***
Fransa prezidenti Emmanuel Makron hücumu mənasız zorakılıq partlayışı adlandırıb. Baş nazir Fransua Bayrou məktəblərdə təhlükəsizlik qapılarının sınaqdan keçirilməsini təklif edib. O, həmçinin hökumətin yetkinlik yaşına çatmayanlara bütün təhlükəli bıçaqların satışını dərhal qadağan edəcəyini açıqlayıb.
Təhsil naziri Borne, “Məktəblərimizi və onları yaşadanların hamısını qorumaq bizim mütləq prioritetimizdir”, – deyib və təhlükəsizlik tədbirlərinin artırılmasının vacibliyini vurğulayıb. Bununla belə, o, portativ təhlükəsizlik qapılarının dərdin dərmanı olmadığını və bəzi silahların, xüsusən də keramika bıçaqlarının bu cihazlarla aşkarlana bilməyəcəyini qeyd edib.