Vaxt.Az

1212 şəhid vətəninə qayıtdı


 

Rusiya Ukrayna əsgərlərinin cəsədlərini geri verib

1212 şəhid vətəninə qayıtdı İstanbulda əldə olunan razılığa əsasən, Moskva administrasiyası 1212 ukraynalı əsgərin cəsədini geri qaytarıb. Ukraynalı Əsirlərin Müalicə Koordinasiya Mərkəzinin “Telegram” hesabından edilən yazılı açıqlamada, Rusiya ilə mübadilə çərçivəsində müharibədə həyatını itirən 1212 Ukrayna əsgərinin cənazəsinin qəbul edildiyi bildirilib.

Rusiyanın Xarkov, Luqansk, Donetsk, Zaporojya, Xerson və Kursk vilayətində baş verən qarşıdurmalarda həyatını itirən əsgərlərin cənazələrinin ölkəyə gətirildiyi bildirilən bəyanatda Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) və Ukraynanın müvafiq qurumlarının cənazələrin qaytarılmasında mühüm xidmətləri olduğu qeyd edilib.

Bəyanatda həlak olan əsgərlərin şəxsiyyətinin müəyyən edilməsi üçün ən qısa zamanda iş aparılacağı bildirilib.

Mübadilə iyunun 2-də İstanbulda Türkiyənin ev sahibliyi etdiyi danışıqlarda əldə olunan razılaşmalara uyğun olaraq həyata keçirilib.

 





11.06.2025    çap et  çap et