Federasiya bunu təmin etmək üçün səylərin göstərildiyini vurğulayıb.
Bildirilib ki, Rusiya idmançıları qarşıdakı dövrdə batut gimnastikası üzrə dünya kuboku və batut gimnastikası üzrə dünya çempionatı kimi müxtəlif yarışlarda çıxış etməyi planlaşdırırlar.
***
Ukraynaya hücumlarından sonra beynəlxalq sanksiyaların hədəfi olan Rusiya da bir çox idman təşkilatlarına buraxılmayıb.
Ukraynalı İlliya Kovtunun qızıl medal qazandığı bədii gimnastika üzrə Dünya Kubokunda rusiyalı İvan Kuliak Rusiyanın Ukraynanı işğal etməsinin simvoluna çevrilmiş “Z” forması ilə fəxri kürsüyə qalxmışdı. Kuliakın beynəlxalq yarışmada geyindiyi müharibə tərəfdarı simvolu ilə bağlı istintaq başladılmışdı.
Bu hadisədən sonra Beynəlxalq Gimnastika Federasiyası (FIG) rusiyalı idmançılara qadağa qoymuşdu.