Vaxt.Az

İki ölkə arasında gərginlik artır...


 

Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırılıb

İki ölkə arasında gərginlik artır... Rusiyanın 3 həftə ərzində iki dəfə hava məkanını pozmasından sonra NATO üzvü olan Finlandiya hərəkətə keçib. İyulun 10-da Rusiyanın Finlandiya hava məkanını ikinci dəfə pozmasından sonra Finlandiya Rusiyanın Helsinkidəki səfiri Pavel Kuznetsovu Xarici İşlər Nazirliyinə çağırıb.

Finlandiyadan verilən açıqlamada Rusiya hərbi təyyarəsinin Porvoo sahilləri yaxınlığında ölkənin hava məkanına girdiyi və rəsmi Helsinki hadisə ilə bağlı araşdırma başlatdığı qeyd edilib.

Kuznetsov həmçinin mayın 26-da iki Rusiya hərbi təyyarəsinin Porvoo sahillərində ölkənin hava məkanını ilk dəfə pozmasından sonra da Xarici İşlər Nazirliyinə çağırılmışdı.

 





11.06.2025    çap et  çap et