Vaxt.Az

Tramp ölkələrə tarif məktubları göndərir


 

“Bu bir təklifdir, qəbul etməyə məcbur deyilsiniz”

Tramp ölkələrə tarif məktubları göndərir ABŞ prezidenti Donald Tramp təqribən iki həftə ərzində ölkələrə tarif dərəcələrini ehtiva edən razılaşma məktubları göndərməyi planlaşdırdıqlarını açıqlayıb. Tramp paytaxt Vaşinqtondakı Kennedi Mərkəzinə daxil olarkən mətbuat mənsublarının suallarını cavablandırıb.

Ticarət danışıqları üçün verilən müddəti uzatmağı düşünüb-görməyəcəyini soruşduqda, Trump, “Mən edərdim, amma buna ehtiyacımız olacağını düşünmürəm”, – dedi.

Çinlə “böyük” bir razılaşma əldə etdiklərini ifadə edən Tramp, razılaşmadan çox məmnun olduqlarını və lazım olan hər şeyə sahib olduqlarını qeyd edib.

Daha əvvəl İngiltərə ilə ticarət müqaviləsi imzalandığını xatırladan Tramp, “Hazırda razılaşmalar baxımından çox yaxşı gedirik”, – deyib.

Nə vaxtsa, ölkələrə məktub göndərəcəklərini bildirən Tramp, “Bu bir anlaşmadır, qəbul edə də bilərsiniz, etməyə də bilərsiniz. ABŞ-da alış-veriş etməyə məcbur deyilsiniz”, – dedi.

Bir çox ölkənin onlarla razılaşmaq istədiyini ifadə edən Tramp Yaponiya, Cənubi Koreya və bir çox başqa ölkə ilə görüşdüklərini açıqlayıb.

Tramp, “Hazırda 15-ə yaxın ölkə ilə görüşürük, lakin bildiyiniz kimi, ümumilikdə 150-dən çox ölkə var və biz onların hamısı ilə görüşə bilmərik. Ona görə də təxminən bir həftə yarım sonra bəzi ölkələrə məktublar göndərib, razılaşmanın şərtlərini bildirəcəyik”, – deyib.

 





12.06.2025    çap et  çap et