Qlobal bazarlar dünən ABŞ və Çin arasında ticarət danışıqlarını və ABŞ-da açıqlanan istehlakçı inflyasiya məlumatlarını izlədi.
ABŞ-Çin danışıqları ilə bağlı açıqlamalar müsbət və ABŞ-ın inflyasiya məlumatları mülayim olsa da, “Wall Street” fond indeksləri üç günlük qazancın ardından günü itkilərlə başa vurdu.
Rəsmilər arasında konsensus əldə olunsa da, çərçivə razılaşmasının Trampın təsdiqinə tabe olmasının yaratdığı qeyri-müəyyənlik və bu qeyri-müəyyənliyin ABŞ şirkətlərinin gəlirlilik görünüşünə necə təsir edəcəyi ilə bağlı narahatlıqlar azalmada təsirli olub.
“S&P 500” 0,3 faiz, “Nasdaq 100” isə 0,4 faiz ucuzlaşıb. Bu enişə baxmayaraq, “S&P” 500 fevral zirvəsindən cəmi 2 faiz, “Nasdaq 100” isə rekord həddən yalnız 1,4 faiz aşağıda qalır. Bu səhər saat 07:34-ə olan məlumata görə, ABŞ fond indeksi fyuçersləri təxminən 0,3 faiz ucuzlaşıb.
Dünən “Wall Street”in bağlanmasının ardından Trampın birtərəfli tarif açıqlamaları ticarət müharibəsi narahatlıqlarını artırdı, səhmlər və dollar ucuzlaşarkən, etibarlı sığınacaq olaraq görülən qızıl, Yapon yeni və İsveçrə frankı dəyər qazandı. “Bloomberg Dollar İndeksi” 2023-cü ilin iyul ayından bəri ən aşağı səviyyəyə düşüb.
ABŞ-ın 10 illik istiqrazlarının faizi düşərkən, 30 illik istiqrazların gəlirliliyi bugünkü hərracdan əvvəl 4,90 faiz limitinə enib. Neft qiymətləri dünən Yaxın Şərqdə gərginliyin artması və ABŞ-ın bölgədəki səfirlik işçilərinin bir qismini geri çəkməsi xəbərləri səbəbiylə ilkin olaraq qalxsa da, bu gün səhər bir qədər ucuzlaşıb.
Asiyada birjalar zəif görünür. Təhlükəsiz liman tələbi ilə valyutanın dəyər qazandığı Yaponiyada “Nikkei 225” indeksi 0,7 faiz ucuzlaşıb. Honq Konq səhmləri 0,5 faiz ucuzlaşıb.