Vaxt.Az

Sağ əli AB-nin başına


 

Merz: “ABŞ və Çin arasında baş tutan razılaşmanı alqışlayıram”

Sağ əli AB-nin başına Merz Berlində Danimarkanın baş naziri Mette Frederiksen ilə görüşündən sonra birgə mətbuat konfransı keçirib.

ABŞ və Çin arasında nadir torpaq elementlərinin ixracına qoyulan məhdudiyyətlərin yumşaldılması ilə bağlı əldə olunan razılaşmanı dəyərləndirən Merz, “ABŞ və Çin arasında nadir torpaq elementləri ilə bağlı razılaşmanı alqışlayıram. Bu, Avropanın zərərinə deyil, əksinə, aradan qaldırılan başqa bir münaqişədir”, – deyib.

Merz həmçinin Avropa Birliyi (AB) ilə ABŞ arasındakı ticarət mübahisələrinin həll olunmasını istəyib və “Ümid edirəm ki, biz də amerikalılarla aramızda olan ticarət mübahisələrini eyni şəkildə azalda və mümkünsə aradan qaldıra biləcəyik”, – deyib.

Açıq bazarların, sərbəst ticarətin və xammala çıxışın hər kəs üçün ən yaxşı həll yolu olduğunu və buna öz töhfəsini vermək istədiklərini vurğulayan Merz, “Ümid edirəm ki, yaxın gələcəkdə gömrük vergiləri kimi mövzularda ABŞ ilə razılığa gələ bilərik”, – deyib.

***

AB ölkələrinin AB-nin Rusiyaya qarşı hazırlayacağı 18-ci sanksiya paketi ilə bağlı razılığa gələcəyinə inandığını ifadə edən Merz, AB-dəki daimi nümayəndələrin bu paketi ilk dəfə gələn həftə gündəmə gətirəcəklərini bildirib.

Merz, “Avropa Liderlər Zirvə toplantısında bu məsələni yenidən müzakirə etməmiz lazım ola bilər. Ancaq ola bilsin ki, gələn həftə bu mövzuda razılıq əldə oluna bilər”.

 





12.06.2025    çap et  çap et