Deputat eyni zamanda hər kəsi imkanları
daxilində Somaya yardım aksiyasına qoşulmağa çağırır:
«Bir az əvvəl qardaş Türkiyədə Somada
yaşanan faciədə əziyyət çəkən insanlarımıza dəstək istiqamətində Qızıl Aypara
Cəmiyyətinin dəyərli başçısı Novruz Aslanla danışdım və Somaya yardım üçün əmək
haqqımın bir hissəsini keçirdiyimi bildirdim. Artıq bəzi millət vəkillərimiz,
dostlarımız da Somaya dəstək üçün Qızıl Aypara Cəmiyyəti vasitəsilə öz
dəstəyini göstərməyə başlayıblar və inanıram ki, millət vəkillərimizin hamısı
Qızıl Ayparanın bu önəmli dəstək kampaniyasına qoşulacaq. İmkanı olan
insanlarımızın da Qızıl Aypara vasitəsilə bu kampaniyaya dəstək olacağına
inanır və onları Soma faciəsində əziyyət çəkən insanlarımıza imkanları çatdığı
qədər dəstək olmağa çağırıram. Bu bizim ortaq ağrı-acımızdır və cənab Prezident
başda olmaqla dövlətimiz və xalqımız qardaş Türkiyənin bu üzüntüsünü öz üzüntümüz
kimi paylaşdığımızı bildirib və Qızıl Ayparanın bu nəcib aksiyası bu
istiqamətdə önəmli bir addımdır. Gəlin, hamımız Qızıl Aypara Cəmiyyətinin
başladığı bu önəmli aksiyaya qoşulaq».
Qeyd edək ki, Azərbaycan Türkiyədə mədən partlaması nəticəsində həlak olan şəxslərin yaxınlarına kömək üçün «Mərhəmətinizi əsirgəməyin!» adlı yardım kampaniyasına başlayıb. Cəmiyyətdən verilən məlumata görə, bu kampaniya daha çox millət vəkillərinin təşəbbüsü ilə başlayıb.