Vaxt.Az

Trampın İran açıqlamaları


 

“Regionda təhlükə artır, heyətimizi geri çəkmişik”

Trampın İran açıqlamaları ABŞ prezidenti Donald Tramp paytaxt Vaşinqtondakı Kennedi Mərkəzinin girişində mətbuat mənsubları ilə gündəmi qiymətləndirib. Donald Tramp Yaxın Şərqdəki ABŞ personalının bir hissəsinin ölkəni tərk etməsinə qərar verdiklərini, çünki “bölgənin təhlükəli bir yerə çevrilə biləcəyini”, – deyib.

Yaxın Şərqin bir çox ölkəsindəki qeyri-vacib ABŞ personalının xidmət etdikləri ölkələri tərk etmələri ilə bağlı təlimatları şərh edən Tramp, “Bəli, təhlükəli yer ola biləcəyi üçün oradan çəkilirlər. Nə olacağını görəcəyik. Evakuasiya qərarı ilə bağlı personalımıza məlumat vermişik”, – deyib.

Bölgədə gərginliyin azaldılması ilə bağlı sualları cavablandıran Tramp, İranın nüvə proqramı ilə bağlı mövqeyini təkrarlayıb və “Onların heç vaxt nüvə silahı ola bilməz. Bu qədər sadədir. Onların heç vaxt nüvə silahı ola bilməz. Biz buna icazə verməyəcəyik”, – deyib.

***

Digər tərəfdən o, ABŞ Senatında iştirak etdiyi iclasda İranın nüvə proqramı ilə bağlı öz yanaşmalarını ifadə edib.

Senator Lindsi Qrahamın “İran dinc nüvə enerjisi proqramı yerinə nüvə silahı əldə etməyə çalışır” iddiası ilə bağlı bölmədə Heqset, “Onların nüvə silahına doğru irəlilədiyinə dair bir çox əlamətlər var”, – deyib.

ABŞ Dövlət Departamenti və Müdafiə Nazirliyi tərəfindən edilən açıqlamalarda, Yaxın Şərqdəki qeyri-vacib Amerika personalının xidmət etdikləri ölkələri tərk etmələrinə icazə verildiyi bildirilib.

***

ABŞ Dövlət Departamentinin rəsmisi ABŞ prezidenti Donald Trampın amerikalıları “həm ölkə daxilində, həm də xaricdə” təhlükəsiz saxlamaq istədiyini ifadə edərək, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) bu istiqamətdə apardığı dəyərləndirmələr nəticəsində Bağdad səfirliyindəki personalın sayını azaltmağa qərar verdiyini qeyd edib və ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) Yaxın Şərqdə artan gərginliyi izlədiyini bildirib.

Rəsmi qeyd edib ki, ABŞ-ın müdafiə naziri Pit Heqset “bölgədəki əsgərlərin qohumlarının yaşadıqları ölkələrdən könüllü şəkildə getməsini təsdiqləyib” və CENTCOM Dövlət Departamenti və regiondakı tərəfdaşları ilə “hər an hazır olmaq” üçün əməkdaşlıq edir.

İran və ABŞ arasında nüvə danışıqları prosesi davam edərkən Tramp bildirib ki, danışıqlar razılaşma ilə nəticələnməsə, “İranı görünməmiş şəkildə bombalayacaqlar”.

İranın müdafiə naziri Əziz Nəsirzadə isə cavabında ABŞ-ın bölgədəki bütün bazalarının İranın hücum dairəsində olduğunu deyib: “Ümid edirəm ki, danışıqlar uğurlu olacaq, lakin onlar uğursuzluqla nəticələnsə və bizə qarşıdurma qoyularsa, qarşı tərəfin itkiləri mütləq bizimkindən çox olacaq”.

 





12.06.2025    çap et  çap et