Vaxt.Az

Oyunu improvizə edib


 

Qətl törədərkən qulaqcıqla oyun oynayırmış, Avstriya məktəbindəki qətliamda yeni detallar

Oyunu improvizə edib Avstriya polisi intihar etməzdən əvvəl Qraz şəhərində məktəbə hücumda 10 nəfəri öldürən təcavüzkarla bağlı yeni təfərrüatları paylaşıb. Qatilin onlayn oyunlara aludə olduğu məlum olub.

Polis, məktəbin keçmiş şagirdi olan 21 yaşlı təcavüzkarın hücum zamanı onlayn atışma oyunları oynadığını və qulaqcıq taxdığını bildirib.

"O, çox qapalı idi, real dünyadan kənar normal həyat fəaliyyətlərində iştirak etmək istəmirdi, virtual məkana çəkilməyə üstünlük verirdi, – Ştiriya əyalətinin Cinayət Axtarış Bürosunun rəhbəri Maykl Lonegger deyib.

Lonegger bildirib ki, məktəb şagirdləri və müəllimlərinin niyə öldürülməsinin səbəbi aydın deyil.

Cinayət müstəntiqləri 21 yaşlı gəncin çox güman ki, onlayn atışma oyunlarının introvert pərəstişkarı olduğunu bildiriblər.

Polis yerli media tərəfindən Artur A. kimi tanınan avstriyalı yeniyetmənin evində axtarış aparıb və bomba planları və işlək olmayan bomba tapıb.

***

Avstriya hakimiyyəti ölkənin müasir tarixində ən dəhşətli zorakılıq aktlarından birini həyata keçirən 21 yaşlı silahlı şəxslə bağlı araşdırmalarını davam etdirir.

İyunun 10-da Qraz şəhərində məktəbdə iki sinif otağına atəş açan silahlı şəxs intihar etməzdən əvvəl 10 nəfəri öldürüb. Baş nazir Kristian Stoker ölkədə üç günlük matəm elan edib.

Polis, ov tüfəngi və tapança ilə silahlanmış silahlının təkbaşına hərəkət etdiyini bildirib. Məktəbin keçmiş şagirdi olduğu müəyyən edilən hücumçunun qətliamdan sonra özünü tualetdə güllələdiyi bildirilir.

 





12.06.2025    çap et  çap et