«Bu gün Ankaradan gələn millət vəkillərimizlə birlikdə başsağlığı ziyarətlərinə getmişdik. Bu vaxt saxlanılanlar barədə xəbər gəldi. İçəridə saxlanılan 5 nəfərlə görüşdüm. Saxlanılanların 17 nəfər olduqlarını, onlardan 5-nin prokurorluğa göndərildiyini öyrəndim.
Saxlanılanlar müəssisənin müdiri Akın
Çelik, müdir müavinləri Selçuk Demirci, Yalçın Erdoğan, TTK (Türkiyə Daşkömürü
Qurumu) müdir müavini Əli Ulu və daha bir mədən əməkdaşı Ertan Ersoydur.
Onların ilkin istintaqı başa çatıb və məhkəməyə göndəriliblər.
Amma mən daha maraqlı bir hadisənin
şahidi oldum. Saxlanılanlar arasında Əli Ulu xaric heç kimin vəkili yoxdu və bu
istiqamətdə heç bir addım atılmamışdı.
Onların dövlətdən vəkil tələb etmək
hüquqları olsa da Somada heç bir vəkil bu işi qəbul etməyib. Onlar üçün Akhisar
rayonundan vəkil göndərilib. Akın Çelikdən soruşdum, müəssisənin vəkil
vermədiyini, öz vəkillərinin İstanbulda olduğunu və tıxac səbəbindən gələ
bilmədiklərini dedi.
Belə, iqtisadi gücü olan bir müəssisənin
vəkil göndərməməsi və dövlət tərəfindən vəkil təmini hüququndan istifadə etməsi
çox maraqlı bir haldır.
Vəkillər kollegiyasından soruşdum, onlar
da bu işə təəccübləniblər. Alp Gürkanın (faciənin baş verdiyi mədənin sahibi)
isə harada olduğunu bilmirəm. Barəsində saxlanılma qərarı olub-olmadığını da
bilmirəm».
Xatırladaq ki, mayın 13-də Türkiyə Manisa vilayətinin Soma rayonundakı daş-kömür mədənində dəhşətli partlayış baş verib. Faciə nəticəsində 301 fəhlə ölüb.