“İsrailin hücumundan əvvəldən xəbərim var idi”, – deyən Tramp hücuma baxmayaraq, İranla nüvə müzakirələrinin fasiləsiz davam etməli olduğunu bildirib.
Hücumda ABŞ-ın əli olmadığını bildirən Donald Tramp “İranın nüvə bombası ola bilməz”, – deyib.
Biz danışıqlar masasına qayıtmağa ümid edirik. Biz görəcəyik. Onların rəhbərliyində bir neçə nəfər var ki, onlar geri qayıtmayacaq (ölənləri nəzərdə turu – red.).
***
Donald Tramp “Fox News” telekanalına verdiyi açıqlamada İsrailin İrana hücumlarına Tehranın cavabını gözlədiyini bildirib və “Lazım gələrsə, İsraili müdafiə edəcəyik”, – deyib.
Tramp həmçinin hücumdan bir neçə saat əvvəl “İsrailin İrana hücumu qaçılmaz görünmür, lakin bu, böyük ehtimaldır”, – demişdi.