Vaxt.Az

İran 300 PUA qaldırdı


 

Bütün bölgə İsrailə kömək etmək üçün hərəkətə keçdi

İran 300 PUA qaldırdı Hazırda Yaxın Şərqdə müharibə başladı.

İranın pilotsuz uçuş aparatları ilə (PUA) hücumlara başladığı bir vaxtda Britaniya qırıcıları PUA-ların vurulmasında İsrailə kömək etmək üçün Kiprdən havaya qalxıb.

İordaniya öz hava məkanını İsrail qırıcıları üçün açıb. 100 PUA-nın ardınca daha 200 dronun İsrailə yönəldiyi bildirilir. İran İsrailə qarşı “Əsl vəd-3 əməliyyatı”nın başladığını elan edib.

İsrail gələn İran hücumu səbəbindən Qərb Divarını və Əl-Əqsa məhəlləsini ziyarətçilərin üzünə bağlayıb.

Qətərdən əlavə döyüş təyyarələri də havaya qalxıb.

Qətər Hərbi Hava Qüvvələri İranın Əl-Udeidi hədəf alacağı təqdirdə Qətəri müdafiə edəcək döyüş təyyarələrini havaya qaldırıb.

 





13.06.2025    çap et  çap et