Xameneyi açıqlamasında, “Sionist rejim qanlı və xain əlini göstərdi və bu səhər İrana qarşı törətdiyi cinayətlə öz iyrənc simasını ortaya qoydu. Sionist varlıq bu hücumla özünə acı bir aqibət yazdı və mütləq bu aqibəti yaşayacaq”, – deyib.
İran silahlı qüvvələri İsrailin bu gün səhər saatlarında ölkənin müxtəlif bölgələrində nüvə obyektləri də daxil olmaqla çoxsaylı hədəflərə irimiqyaslı hava zərbələri endirməsinə sərt cavab verəcəklərini açıqlayıb. Silahlı Qüvvələrin Baş Qərargahının sözçüsü Əbülfəzl Şikarçi “Silahlı Qüvvələr bu sionist hücuma mütləq cavab verəcək”, – deyib və vurğulayıb ki, İsrail “ağır bədəl ödəyəcək və İran Silahlı Qüvvələrindən sərt cavab gözləməlidir”.