İsrail Prezidenti paylaşımında bildirib ki, “son onilliklər ərzində beynəlxalq ictimaiyyət müşahidə edib ki, qlobal terror imperiyasının başında duran İran rejimi, öz proksi qüvvələrindən istifadə etməklə bölgədə sabitliyi pozmağa və radikallaşdırmağa davam edib. Eyni zamanda isə fasiləsiz şəkildə hərbi nüvə qabiliyyətlərini artırmaq və ballistik raket arsenalını genişləndirmək üçün çalışır”.
İsrail Prezidenti əlavə edib ki, İranın rəhbərləri dəfələrlə və açıq şəkildə İsrail dövlətini məhv etmək niyyətlərini ifadə ediblər və vurğulayıb: “İsrailin özünü müdafiə etmək hüququ və ciddi bir vəzifəsi var. Bu vəzifəni isə daim qətiyyət və şəffaflıqla yerinə yetirəcək”.