Vaxt.Az

Fars molla rejimi çökür


 

Əli Xameneyinin öldürüldüyü barədə məlumatlar yayılıb

Fars molla rejimi çökür Bəzi qeyri-rəsmi mənbələrə əsasən, İsrailin Tehrana endirdiyi genişmiqyaslı hücumlar zamanı İran rejiminin ali lideri Ayətullah Əli Xamenei də öldürülüb.

Hazırda bu məlumat rəsmi olaraq nə təsdiqlənib, nə də təkzib edilib və yayılanlar hələlik yalnız şayiə və təsdiqlənməmiş xəbərlər səviyyəsindədir.

Əgər bu məlumat təsdiqlənsə, bu hadisə həm İran daxilində, həm də regionda tarixi dönüş nöqtəsi olacaq.

O cümlədən bəzi mənbələr hücumlarda Ali Milli Təhlükəsizlik Şurasının katibi və Əli Xameneyinin siyasi müşaviri Əli Şamxaninin də yaralanmış ola biləcəyini qeyd ediblər. Lakin hələlik heç bir rəsmi İran mənbəsi bu xəbəri təsdiqləməyib.

Əlavə məlumatlar verildikcə xəbər yenilənəcək, bizimlə qalın.

 





13.06.2025    çap et  çap et